Səadət Cahangir: “Ayrılıqlar qalanların məzar şəklidi…”

Xeyirli sabahlar ümidiylə…

Bütün gözəl xatirələr
bahar şəklidi,
özünü səssiz asdığın 
divar şəklidi…

baxarsan, göz qırpımına
dəyişib hər şey,
saçlarına yağan da
köhnə qar şəklidi…

qayıtmağa
gedənlərin yolları bağlı,
ayrılıqlar
qalanların məzar şəklidi…

hər gün ruhumun içindən
bir qurşun keçər,
gəl… belə yaşamaq da
intihar şəklidi…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button