Səadət Cahangir: “…bax eləyəm!”-ŞEİR

Xeyirli sabahlar ümidiylə…

 

Başlayanda yaşıl yaz yağışları,
qarağaclar çağıranda quşları,
buludlarda gizli qalmış qış qarı
vaxtsız bir gülə düşər,
bax eləyəm…

yolda qalan iki yolçu, sən biri,
göy üzündə qoşa leyləkdən biri
qəflətən tüfəng səsinə diksinib
çırpınıb gölə düşər,
bax eləyəm…

susqunları əzbərləmiş səsimsən,
ta ölüm də güclü çıxmaz səsimdən,
cünunların ruhu necə cisimdən
ayrılıb çölə düşər,
bax eləyəm…

şairlərin ey kimsəsiz qəribi,
kim kiridər, ağlama, biz qəribi,
son nəfəsdən qopan intihar ipi
qırılıb yerə düşər,
bax eləyəm…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button