“Sədərək” dən oğurluq olub

 Faktla bağlı Qardağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır

“Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq edilib.

Xural.com report.az-a istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Mirkişi Əsədov polisə müraciət edərək həmin ticarət mərkəzində ona məxsus anbardan oğurluq edildiyini bildirib.

M.Əsədov ərizəsində ona məxsus anbarda işləyən 26 yaşlı Əli Rüstəmovun oradan 100 min manatlıq elektrik məişət əşyaları mənimsədiyini deyib.

Faktla bağlı Qardağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsində (PB) araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button