Səfər Əbiyevdən təkzib gəldi

04.02.2015 

Sabiq nazirin yaxın adamları yazılanları yalanladı

Informal meeting of NATO Defence Ministers - Cracow - Poland - 19-20 February 2009

Xural.com  saytında Türkiyəli yazarımız , Azərbaycan Lobbi Klubunun sabiq başqanı, doktor Yahya Taşdelenin sabiq Müdafiə naziri Səfər Əbiyev haqqında yazdığı  “General  Sefer  Ebiyevin yapdığı siyasi bir skandaldır…” adlı köşə yazısı yayımlanıb (https://www.xural.com/?p=19364 ) .

Yazı yayınlanandan sonra Səfər Əbiyev cinahından müxtəlif xəbərlər almağa başladıq. Sabiq nazirə yaxın mənbələrdən verilən məlumata əsasən, Səfər Əbiyev Çexiyada yaşamır  və hazırda Azərbaycandadır . Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, Səfər Əbiyev, haqqında yazılanların əksinə olaraq hər zaman Azərbaycan dövlətinə sadiq olub: “ Əgər bundan sonra da lazım gələrsə, Azərbaycan dövlətinə xidmət etməyə hazırdır. Heç bir yerə getməyib. Heç bir dövlətin vətəndaşlığını qəbul etməyib. Azərbaycanı da çox sevir. Yəhya Taşdelen kimi təcrübəli bir dövlət xadimi gərək bunları biləydi və yazısında əsaslandırılmamış məlumatlar yazmayaydı”.

Xatırladaq ki, haqqında danışılan köşə yazısında Səfər Əbiyev prezidentin sərəncamı ilə müdafiə naziri vəzifəsindən  çıxarıldıqdan sonra Avropa dövlətlərindən birində, konkret olaraq Çexiyada  yaşadığı bildirilmişdi.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button