Səfir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün mühüm ölkədir”

Rumıniya səfirliyi NATO-Azərbaycan tərəfdaşlığı: mövcud vəziyyət və perspektivlər mövzusunda dəyirmi masa təşkil edib

Rumıniyanın Azərbaycandakı səfirliyi NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi mandatı çərçivəsində “NATO-Azərbaycan tərəfdaşlığı: mövcud vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa” təşkil edib.

Rumıniyanın Azərbaycandakı səfirliyindən report.az-a verilən məlumata görə, tədbirdə diplomatlar, hərbi attaşelər, NATO-nun Cənubi Qafqazda əlaqələndirici ofisinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu aprelin 11-13-də Naxçıvana səfər etdiyini və orada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdüyünü bildirib. Bundan əlavə, D.K.Çobanu Naxçıvan Dövlət Universitetində iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammiti ərəfəsində NATO ilə Azərbaycan arasında münasibətlər mövzusunda mühazirə oxuduğunu da qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün mühüm ölkədir.

Öz növbəsində, NATO-nun Cənubi Qafqaz ofisinin zabit-əlaqələndiricisi Uilyam Lahyu NATO-nun Azərbaycana qarşı siyasətində baş verən son dəyişikliklər barədə məlumat verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button