Şəhərin üzərində aramsız vertolyot uçur

vertolyotŞəhərin üzərində aramsız olaraq vertolyot uçur. 

Dünən keçirilən “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında şəhərin təhlükəsizliyinin təmin olunması məsələlərilə bağlı aparılan müzakirələrdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar nazirliyinin rəsmi şəxsləri artıq bir neçə gündür ki, bu məsələlərlə bağlı tədbirlər görüldüyünü qeyd ediblər. 

Bakı səmasında vertolyotun mütəmadi olaraq hər 10-15 dəqiqədən bir görünməsi də bu tədbirlərin gücləndirilməsinin göstəricisi kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, mayın 9-da “Bakı 2015” Avropa Oyunlarının “prova”sının keçirilməsi nəzərdə tutulur. Bu baxımdan tədbirin lazımi səviyyədə keçirilməsi üçün məsul nazirliklər bir neçə gün əvvəldən şəhərə nəzarəti gücləndiriblər.

XuralTAC 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button