Şəki süd emalı zavodunun direktoru saxlanıldı

hebsKreditlərin qaytarılmaması işinə görə daha bir sahibkar saxlanılıb. Məlumata görə bu,  Şəki “Aqro-İndastri” MMC süd emalı zavodunun direktoru, 54 yaşlı Rəfael Rəhimovdur.

Bu haqda onun həyat yoldaşı Kifayət Rəhimova məlumat verib. 

Məlumata görə, R.Rəhimov “Beynəlxalq Bank işi”ndə saxlanılan şəxslərdən biridir. Kifayət Rəhimovanın sözlərinə görə, həyat yoldaşı digər iş adamları kimi mayın 12-də “Bandotdel”ə dəvət olunub və orada saxlanılıb: “Bu günə kimi isə ərimlə heç bir əlaqə yaratmaq mümkün olmayıb”.

Kifayət Rəhimova bildirib ki, sözügedən süd emalı zavodu 2006-cı ildə açılıb, əri isə 2009-cü ildən həmin quruma rəhbərlik edib. Şirkət Beynəlxaq Banka məxsus olub.

qafqazinfo.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button