Sənə görə prezidentin siyahısını pozdurmuşam

Yaxud Gülər Əhmədova ilə bağlı videodan çıxan nəticələr

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı video təkcə bir deputatın rüşvət alması faktını deyil, bütövlükdə Azərbaycan hakimiyyətinin mahiyyətini ortaya qoydu.
Gülər Əhmədova, Elşad Abdullayev və vasitəçi Sevinc Babayevanın videoda əks olunan dialoqu bir daha göstərdi ki, Azərbaycanda parlament seçkiləri formal olaraq keçirilir. Deputatlar əvvəlcədən ölkə başçısı Ilham Əliyev ilə razılaşdırılmış şəkildə müəyyənləşdirilir, hazırlanan siyahıda adı olanlar qutular çıxır. Gülər Əhmədova videoda Elşad Abdullayevə deyir: “Sənə görə prezidentin siyahısını pozdurmuşam”. Bununla Gülər Əhmədova deputatların siyahı üzrə seçilməsi faktını etiraf edir. Bundan başqa aydın olur ki, deputat seçilmək üçün ümumi kassaya xeyli pul ödəmək lazımdır. Məbləğ seçki vaxtı dəyişə də bilər. Eyni zamanda aydın olur ki, Ilham Əliyev atası kimi qətiyyətli rəhbər deyil. Onunla razılaşdırılmış siyahını pozdurmaq mümkündür. Özü də YAP-ın adi bir deputatının sözü ilə.
Gülər Əhmədova Elşad Abdullayevə “bu siyasətdir, burada nala-mıxa vurmaq olmaz. Bunun cəzası çox böyükdür. Əli Insanov kimi, Fərhad Əliyev kimi adamlar bunun cəzasını çəkdi” deməklə hakimiyyətin kriminal qaydalarla idarə olunduğunu etiraf edib. Yəni, hökumətlə oynamaq, iqtidarın yeritdiyi siyasətdə nala-mıxa vurmağın sonu yaxşı olmur. Gülər Əhmədova Əli Insanovla Fərhad Əliyevi nümunə gətirməklə isə sabiq nazirlərin həbsinin siyasi motiv daşıdığı faktını ortaya qoyub.
Videoda bir maraqlı məqam da var. Gülər Əhmədova Elşad Abdullayevə deyib ki, rektor onu saymayıb. Başqa adamla iş görmək istəyib. Həmin başqa adamın da iqtidardan olması şübhəsizdir. Güman ki, Elşad Abdullayev bu məsələyə aydınlıq gətirəcək.

http://azadliq.info/index.php?option=com_content&view=article&id=21666:sn-goer-prezidentin-siyahsn-pozdurmuam&catid=295:syast&Itemid=414


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button