Səndən sonra

Arzusuna yetən qadın,
Yad ürəkdə bitən qadın,
Gözlərimdən itən qadın,
Səni kim tapdı, kim tapdı?

Xatirən dən-dən yadigar,
Həsrətin çəndən yadigar.
Saçımda səndən yadigar
Dəni kim tapdı, kim tapdı?

Kiminsə ərk elədiyi,
Kiminsə dərk elədiyi,
Bu ruhun tərk elədiyi

Təni kim tapdı, kim tapdı?

Nə deyim, sən də beləsən,
Belə zalımsan, belə sən!
Səndən sonra nə biləsən
Məni kim tapdı, kim tapdı…

 

Ənvər Məsud

12 oktyabr 2017 Sumqayıt

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button