“Sərbəst toplaşma azadlığı haqqında” qanun növbəti dəfə pozuldu

mitinq04.05.2015

Bu haqda bu gün keçirilən Müsavat Partiyası Divanının növbəti iclasında iddia edilib. 

 Divanda Müsavat Partiyasının üzvü, şair-jurnalist Böyükkişi Heydərlinin xatirəsi sayğı duruşu ilə yad edilib.

Partiyadan XuralTAC-a verilən məlumata görə, Divan üzvü Səxavət Soltanlı Müsavat Partiyası Ağdam rayon təşkilatının Şura iclasının keçirilməsi, Təşkilat Komitəsinin yaradılması və Haqverdi Haqverdilinin Təşkilat Komitəsinin sədri seçilməsi haqqında məlumat verib.

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimovun növbəti məhkəməsinin diqqətdə saxlanılması barədə tapşırıq verilib.

“NİDA” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin cəza müddətinin artırılması və onun qapalı həbsxanaya köçürülməsi cəhdləri pislənilib.

Müsavat Partiyasının təyin etdiyi yürüşə icazə verilmədikdən sonra Milli Şuranın da mayın 3-nə təyin etdiyi mitinqin vaxtının əsaslı səbəb göstərilmədən ayın 2-nə dəyişdirilməsi “Sərbəst toplaşma azadlığı haqqında” qanunun növbəti dəfə kobud surətdə pozulması kimi qiymətləndirilib.

Divanda qondarma “DQR”də keçirilən seçkilərin heç bir hüquqi nəticəsinin olmadığı bildirilib, Rusiyanın bu məsələdə loyal mövqeyinin qəbuledilməzliyi qeyd edilib.

Sonda cari məsələlərə baxılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button