“Sərhədsiz Reportyorlar” Təşkilatı noyabrın 4-də bəyanat yayıb

İngilis: http://en.rsf.org/azerbaijan-newspaper-hounded-editor-jailed-04-11-2011, 41345.html
Fransız: http://fr.rsf.org/azerbaidjan-acharnement-sur-un-journal-et-son-04-11-2011, 41341.html –

Bəyanatda bildirilir ki, Azərbaycanda qəzeti təqib edərək onun baş redaktorunu həbsə atıblar.
Sərhədsiz reportyorlar Azərbaycan hakimiyyətini dərhal jurnalist Əvəz Zeynallının azad edilməsinə çağırır və Bakı Apelyasiya Məhkəməsinin noyabrın 3-də, üç aylıq istintaq müddətində jurnalistin həbsdə saxlanması ilə bağlı çıxardığı qərarı pisləyir. Gündəlik “Xural” qəzetinin baş redaktoru bir həftə əvvəl, hakim partiyanın millət vəkili tərəfindən rüşvət almaqda ittiham olunub. Böhtanla bağlı digər məsələlər də qəzetin nəşrinin dayandırılması ilə nəticələnib.
Sərhədsiz reportyorlar bildirirlər ki, «Hakimiyyət ən müxtəlif bəhanələrlə «Xural» qəzetinin fəaliyyətini dayandırmaq və ölkə prezidentini sərt tənqid etdiyi üçün Əvəz Zeynallını cəzalandırmaq istəyir». Rüşvətlə bağlı ittihamlar üçün heç bir dəlil, sübut yoxdur ki, onların əsasında da jurnalist həbsdə saxlanılsın. Bu qərar bütün fərqli yönlərilə ikiqat cəza deməkdir. Təqiblər dərhal dayandırılmalıdır.»
Həm Əvəz Zeynallının ailəsi, həm də mətbuat Bakı Apelyasiya Məhkəməsinin qapalı iclasındakı dinləmələrdə iştirak etmək hüququndan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsi, ötən həftə Nəsimi rayon məhkəməsinin Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4. maddələrilə rüşvət almaqda ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunan jurnalistin növbəti məhkəməyə qədər ən az 3 ay müddətində həbsdə saxlanılması qərarını qüvvədə saxlayıb. Bu ittihamlar 7 ildən 12 ilədək həbs cəzası ilə nəticələnə bilər.
Şikayət hakim YAP partiyasının parlament nümayəndəsi Gülər Əhmədova tərəfindən irəli sürülüb və o bildirib ki, Əvəz Zeynallı avqust ayında ondan haqqında kompromat məlumatlar yaymamaq üçün pul istəyib. İndiyədək bunu sübut edən fakt kimi telefon zəngi götürülür, hansı kı həmin audio yazıda Əvəz Zeynallının səsi tanınmayacaq dərəcədədir. Onun evində və maşınında axtarış aparılan zaman icraçılar onun xanımından «külçə qızıl və odlu silahın» yerini soruşublar.
«Xural» öz fəaliyyətini iki həftə əvvəl, məmurlar qəzetin mənzil-qərargahına gələrək onun bütün texniki avadanlıqlarını müsadirə edəndən sonra dayandırıb. Buna əsas da o gətirilib ki, qəzet üç «ictimai xadim»i təhqir etdiyi üçün məhkəmə tərəfindən kəsilən ümumilikdə 19 min manat (17 460 avro) pul cəriməsini ödəməyib. O həm də məhkəmə qərarlarını icra etməməkdə ittiham olunub.
Həqiqətdə isə, Zeynallıya qarşı məhkəmə təqibləri onun «Əl-Cəzirə» kanalına müsahibə verən prezidentin ünvanına oktyabrın 19-da yazdığı tənqidi yazısı olub. «Xural»ın texniki avadanlıqları zəbt olunandan sonra da Zenyallı daha çox internet vasitəsilə yazılarını yayımladır. Onun qardaşı Rauf Zeynalov da oktyabrın 20-də Yol rolisi postundan heç bir səbəb olmadan azad edilib.
Sərhədsiz Reportyorların 178 ölkənin azad mətbuat indeksində Azərbaycan  152-ci yeri tutur. Yaz aylarında Ərəb inqilabçılarından ruhlanan jurnalistlər, bloqerlər və fəallar bu ilin mart və aprel yalarında keçirilən dinc nümayişlər zamanı hakimiyyətin sərt təpkiləri və təqiblərilə qarşılaşmış, həbs olunmuşlar.

Johann Bihr (Yoxann Bir)
Reporters sans frontières / Reporters Without Borders
Bureau Europe & Asie centrale / Europe & Central Asia Desk
T : + 33 1 44 83 84 67
F : + 33 1 45 23 11 51
Skype : europarsf

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button