Sərnişini bıçaqlayan sürücüyə 6 il həbs cəzası

Hakim Ramella Allahverdiyeva
Hakim Ramella Allahverdiyeva

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt sakini Mürsəl Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və hökm oxunub.  Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyanın hökmünə əsasən, Mürsəl Quliyevin bundan əvvəl törətdiyi cinayət əməllinin cəzasında ödənilməyən 6 ay cəza da üstünə gəlməklə ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə keçən il noyabrın 9-da Sumqayıt avtovağzalının yaxınlığında baş verib. Mikravtobus sürücüsü olan Mürsəl Quliyev sərnişini Şahin Əliyev arasında mübahisə düşüb və bir-birilərinə xoşagəlməz sözlər deyiblər.

Mürsəl Quliyev bıçaqla sərnişini bıçaqlayıb və ona qarşı qəsdən sağlamlığa ağır zərbə vurma maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Mürsəl Quliyev 2014-cü il Sabunçu məhkəməsinin hökmü ilə 2 il 6 ay şərti cəza alıb.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button