Sabah bu rayonlarda qaz olmayacaq

qazSabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, aprelin 29-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, “Yaşma” və “Giləzi”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Hacıqabul rayonunun Ərəbqədim, Siyəzən rayonun Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button