Sabah hava necə olacaq?

İyunun 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sabah Bakıda şimal küləyi gündüz mülayim  cənub-şərq küləyi  ilə əvəz  olunacaq. Havanın temperaturunun gecə 18-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  761 mm civə sütunundan 758  mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 70-80 %,  gündüz  45-55%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21°, Türkan, Hövsan, Sahil, Şıxda  22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb  küləyi  gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-32° isti, dağlarda gecə  8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button