Sabiq baş nazir Sürət Hüseynov yeni şəkillərini paylaşıb-FOTO
Azərbaycanın sabiq baş naziri Sürət Hüseynov sosial şəbəkədə özünün fotolarını paylaşıb.
Xural.com Strateq.az-a istinadən bildirir ki, dəniz kənarında çəkilən fotoda S.Hüseynov kostyumda durub. Şəklin altında müxtəlif şərhlər yazılıb.
Sürət Hüseynov 1993-cü ildə Azərbaycanda baş vermiş Gəncə qiyamının rəhbəridir. O zaman korpus komandiri olmuş Sürət Hüseynov Milli Qəhrəman adına da layiq görürülüb. Qiyam nəticəsində baş nazir təyin olunan Sürət Hüseynov 2 il sonra – 1995-ci ildə daha bir dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən azad edilib. Moskvaya qaçan eks baş nazir 1997-ci ildə Azərbaycana gətirilib. Məhkəmə ona cəza kəsib.
Həbsdən çıxdıqdan sonra S.Hüseynov Azərbaycanda yaşamır. Onun Türkiyədə yaşadığı və bizneslə məşğul olduğu bildirilir.
Xural.com