Sabiq millət vəkili həbs edilib

Sabiq millət vəkili Dünyamin Xəlilov həbs edilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, D.Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. D.Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bakı İstintaq Təcridxanasından apa.az-a bildirilib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş D. Xəlilov fevralın 20-də təcridxanaya gətirilib.

Qeyd edək ki, sabiq deputat D. Xəlilovun Beynəlxalq Bankla bağlı cinayət işində adı keçir. “Globus Plaza”nın sahibi olan D.Xəlilov dələduzluqda təqsirləndirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button