Sabir Ələsgərovun vəziyyəti ağırlaşdı

Sabir Ələsgərov

1 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Azərbaycanın Xalq artisti, qocaman diktor Sabir Ələsgərovun səhhəti ağır olaraq qalır. 

Xural.com xəbər verir ki, bu barədə report.az-a Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova məlumat verib. Onun sözlərinə görə atasının şüuru açıqdır, danışır, hər kəsi tanıyır:

“Reanimasiyada olduğu üçün yanına heç kəsi buraxmırlar. Atam danışır, şüuru açıqdır, amma vəziyyəti ağır olaraq qalır. Biz mədəsində problem olduğunu zənn edirdik. Amma həkimlərin müayinəsindən sonra məlum oldu ki, qanında zəhərlənmə gedir. Bunun da səbəbi keçirdiyi möhkəm soyuqdəymə olub. Yanvarda bərk xəstələnmişdi. Həmin xəstəlikdən sonra qanı zəhərlənib. Hazırda həkimlər qanını təmizləməklə məşğuldur. Aparata qoşulub. Həkimlər hələlik dəqiq söz deyə bilmirlər. Vəziyyəti 3 günə də düzələ bilər, 15 günə də. Hazırda isə halı yaxşı deyil”.

Mehriban Ələsgərova sosial şəbəkələrdə atasına maddi köməklik göstərmək üçün yayılan çağırışlara da aydınlıq gətirib:

“Atamın bağlı olduğu aparatın bir gününün qiyməti 1000 manatdır. Hələlik ailənin şəxsi büdcəsi ilə bunun öhdəsindən gəlirik. Amma atamın vəziyyətinin ağırlıq vəziyyəti davam etsə, ailəyə kömək lazım olacaq.”

Xatırladaq ki, Sabir Ələsgərov Azərbaycanın tanınmış diktorudur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button