Sabir Rüstəmxanlının DAK-ından yeni istefa

xural.com-a Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Həcər Koç tərəfindən istefa bəyanatı daxil olub. Bəyanatda deyilir: 

Dəyərli DAK idarə heyətı üzvlərinə açıq məktub

hecer

Həcər Koç

Son qurultayda şahid olduğum çatışmamazlıqlar haqqında fikrimi az-çox telefon danışıqlarımızda dostlara və hətta Sabir bəyin özünə də bildirib, qayğılarımın olduğunu dəfələrlə söyləmişdim. Qurultayı daha çox saxta soyqırım haqqında keçirilən bir tədbir olaraq gördüm. Bütün çıxışlar ancaq media üçün hazırlanmışdı. Doğrusu, Dünya Azərbaycanlıları adına geçirilən bir qurultayın şou kimi idarə edilməsini heç anlamamışdım. Çox uzaq Avstraliyadan gəlib və ancaq çıxışları dinləyib dünyada yaşayan azərbaycanlı soydaşlarını maraqlandıran, xüsusilə Güneylə bağlı heç bir müzakirə və fikir mübadiləsinə zəmin ğörməyincə, çox təəssüflə söyləyim ki, təhqir edildiyimi hiss etdim. Saxta soyqırıma qarşı mücadilə hər milli fərdin öz yaşadığı ölkədə olan borcu deyilmi? Bu çıxışları İstanbula qədər gəlib dinləmənin nə gərəyi vardı? Dostlar, mən Avstraliyadan bu qurultaya qatılmaqla, ən çox bu təşkilatı maraqlandıran məsələlərin müzakirələrini görmək istərdim. İdeal olaraq gönül istərdi dünyanın hər yerindən DAK nümayəndəliklərinin rəhbərlik və heyət üzvlərindən oluşan bir qurultay keçirilsin. Nə yazıq ki, DAK-ın ölkələrdə nümayəndə heyətinin adı keçir, lakin nə nümayəndəlikləri bir arada ayaqda tutan bır sütun, nə də icra olunan bir həqiqi nizamnamə var. Mənim şahid olduğum Avstraliyadakı nümayəndəliyimizin başçısı olaraq adı keçən çox dəyərli dostumuz Əhməd bəydir.

ahmed

Əhməd Qeybi

Amma bu insanla illərdir heç bir əlaqə qurulmamış. Əhməd bəyin numayəndə olaraq hələ də adı keçir, amma illərdir arayan-soran olmayıb və nə bu qurultaya, nə də bundan bir əvvəlki qurultaya dəvət olunmayıb. Əminəm ki, digər ölkələrdə də buna bənzər hadisələr baş verib! Açıq söyləyim ki, bu qurultaydakı DAK-ın seçim üslubu mənim üçün bir başqa şok idi. Orada hər kəsdən ancaq əl qaldıraraq təyin olunmuş dostarı idarə heyətinə qəbul edilməsi gözlənirdi. Təəssüf ki, təşkilat faaliyyəti haqqında heç bir raport verilmədi. İdarə heyətində iştirak edənlərin mənim və digər namizədlərin haqqında doğru-dürüst bir məlumatı olmadan xəbərsiz təyin olub və bir əl qaldırmayla seçildiyimizə şok olmuşdum. Hələ rəhbərliyin dördüncü dəfə eyni görəvə davam etmələri tamamən bu təşkilatın qanunsuzluğunu ortaya çıxarırdı. Bu məsələlərin idarə heyəti toplantısında müzakirə olunmasını düşünürdüm, amma çox təəssüf ki, belə ciddi və müqqəddəs bir təşkilatın idarə heyətinin yarım saatlıq bir toplantısında nə mənim, nə də başqa dostların qayğıları müzakirə olunmadı. Heç bir müzakirə və iş planları müzakirə edilmədiyi kimi, Əjdər Tağızadə kimi ciddi bir şəxsiyyətin DAK-dan ayrılması və onun səbəbləri də tamamən ört-basdır olundu. Bu vaxta kimi bütün bu məsələlərlə bağlı heç bir cavab almadım, lakin təəssüflə söyləyim ki, belə bir tərzdə idarə edilən bir təşkilatla çalışmamın mümkün olmayacağını düşünərək, onun idarə heyətindən istefa etməyə qərar verdim. Xahiş edirəm ki, bundan sonra idarə heyətində də adım keçməsin. Gün o gün ola Dünya Azərbaycanlıları olaraq güclü, demokratik və bütün fəaliyyətlərdə şəffaf bir təşkilat yaratmağa nail olaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button