Sabir Rüstəmxanlının qardaşı haqqında axtarış elan edildi

 Əlövsət Əliyev barəsində deyilənlərə aydınlıq gətirdi

“APA oxucularını aldatmaqda davam edir”l

xural.com-un meydan.tv-yə istinadən verdiyi xəbərə görə, Azərbaycan Mİqrasiya Mərkəzinin rəhbəri, hazırda mühacir həyatı yaşayan Əlövsət Əliyev APA-nın barəsində yaydığı xəbərdən hiddətlənib. Yayılan məlumata münasibətini bildirən Əlövsət Əliyev öz Facebook səhifəsində yazıb: “APA 25 iyulda vəkil Səfər Hüseynovun məlumatını xəbər kimi paylaşıb. Vəkil bildirib ki, Əlövsət Əliyev barəsində Cinayət Məcəlləsinin 178. 3.2- ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və digər maddələrlə cinayət işi başlanılıb və ayrıca icraata verilib. Hazırda həmin iş üzrə ibtidai istintaq davam etdirilir. Həmin cinayət cinayət işi məhkəməyə göndərilməyib.

Bu vaxta kimi KİV-lər mənim haqqımda Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə işin Agır Cinayətlər Məhkəməsində olması haqqında məlumatı tirajlayır və hamisi da APA-ya istinad edirdi. Mən dəfələrlə APA-ya məhkəmədə olan işin mənim haqqımda olmadıgını desəm də, əhəmiyyəti olmadı.

Azərbaycanda özünü təsdiq etmiş xəbər saytı kimi tanınan, Vüsalə Mahirqızının rəhbər olduğu bu sayt kiminsə tapşırığı ilə oxucularını nütəmadi olaraq aldatmaqda davam etdi. Həmin sayt 23 iyun 2014-cü ildə xəbər yaymışdı ki, “Əlövsət Əliyev və digərlərinin məhkəməsi iyulun 10 da davam edəcək” (http://az.apa.az/news/388176), 02 iyul 2014-cü ildə xəbər yayıb ki, AMM-nin sədri Əlövsət Əliyev və digərlərinin məhkəməsi davam etdirilib (http://az.apa.az/news/389231), 10 iyul 2014-cü ildə xəbər yayıb ki AMM sədri Əlövsət Əliyevin və digərlərinin məhkəməsi davam etdirilib (http: az. Apa.az/news/ 390066) , 23 iyul 2014-də xəbər yayıb ki, AMM rəhbəri Əlövsət Əliyevin məhkəməsi davam etdirilib (http://az.apa.az/news/391292). Sonda 25 iyul 2014-də isə xəbər yayıb ki, Əlövsət Əliyevin işi haqqında istintaq davam edir (http://az.apa.az/news/391540) .

Cinayət işinin məhkəməyə göndərilməsi üçün iş üzrə ibtidai istintaq başa çatmalıdır. Mənim haqqımda isə ibtidai istintaq hələ də davam edir və ümumiyyətlə, məhkəməyə göndərilməyib. Cinayət işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə İdarəsinin istintaq şöbəsinin müstəntiqlərinin icraatındadır və ümid edirəm ki, xitam ediləcək.

Amma bu xəbər portalı necə müddətdir ki, bütün oxucularını kiminsə sifarişi ilə beləcə aldatmaqda davam edir. Əgər jurnalist bunun mahiyyətini dərk etmirsə, bu halda o bu sahədə işləməli deyil, əgər bilərəkdən kiminsə sifarişi ilə edirsə, onda lənətə layiqdir.

Əlövsət Əliyev barəsində Cinayət Məcəlləsinin 178. 3.2- ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və digər maddələrlə cinayət işi başlanılıb və ayrıca icraata verilib

Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyevin cinayət işi üzrə hazırda istintaq gedir.

Bu barədə APA-ya vəkil Səfər Hüseynov məlumat verib.

O bildirib ki, Əlövsət Əliyev, Gülnarə Şəkinskaya və onun qardaşı Fərid Usubov gizləndikləri üçün onların barələrində axtarış elan edilib.

Vəkil qeyd edib ki, həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 178. 3.2- ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və digər maddələrlə cinayət işi başlanılıb və ayrıca icraata verilib. Hazırda həmin iş üzrə ibtidai istintaq davam etdirilir. Onların cinayət işi məhkəməyə göndərilməyib.

Həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxslər – Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovadır. Onların cinayət işi üzrə isə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilir.

Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button