Sabir Rüstəmxanlı: Bütövlükdə ailəmizə olan münasibətdir – VİDEO

“Qanun” Nəşrlər Evində polislərin bomba əməliyyatı bu gün də davam etdirilib. Axtarışın bombaya görə olduğu deyilsə də, ətrafda təcili tibbi yardım maşını, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gözə dəymirdi. Əksinə, binanın ətrafında nəşriyyatdakı işçilər, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər var. Heç kim nə baş verdiyini anlamır.

“Qanun”un sahibi Şahbaz Xudoğlunun qardaşı sabiq millət vəkili Sabir Rüstəmxanlı bildirir ki, nəşriyyata hər zaman basqılar olub. Mətbəədə çap olunan kitabın məsuliyyəti müəllifə aiddir. Buna görə mətbəənin sahibi sorğulanmamalıdır.

Nəhayət, dünən axşamdan mühasirədə olan nəşriyyatın qapıları axtarışlardan sonra açılır. Məlum olur ki, bomba axtaran polislər, mətbəədən yarımfabrikat malları aparıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button