Sabir Rüstəmxanlı DAK sədrliyindən azad olundu – BƏYANAT

dakxural.com-a Dünya Azərbaycanlıları Konqresi (DAK) mətbuat xidməti tərəfindən göndərilən və DAK Daimi Şurasının sədri

Əjdər Tağızadə tərəfindən imzalanan bəyanat daxil olub. Bəyanatda deyilir: 

“Dəyərli DAK üzvləri!

Bildiyiniz kimi DAK yaranandan bu günə qədər əsasən tarixi coğrafi ərazilərimizdə yaşayan və Azərbaycanın tarixi ərazilərindən kənarda yaşayan Azərbaycanlıların haqlarını müdafiə etmək və yaşadıqları ölkələrdə Azərbaycanımızın ümumi mənafeyini qorumaq naminə diaspora və lobbiçilik fəaliyyətlərini təşkil etməkdir. Xüsusi ilə DAK- ın hədəflərindən ən önəmlisi 40 milyon Azərbaycan Türkünün yaşadığı Güney Azərbaycanda mövcud rejim tərəfindən Azərbaycan Türklərinin bütün insani hüqularının kobud bir şəkildə pozulduğunu dünyanın diqqətinə çatdırmaqdır. DAK Azərbaycanın ilk beynəlxalq təşkilatıdır və fəaliyyətini ildə bir dəfə qurultay tərəfindən demokratik yolla seçilmiş İdarə Heyyəti, Həmsədr, Daimi Şura, NTK və Ölkə Nümayəndəlikləri çərçivəsində tənzimləyir. DAK – ın iki yerə parçalanmasına baxmayaraq hər iki tərəf nizamnamədən irəli gələn bu prosedurlara əməl edir.

Dəyərli DAK üzvləri!

Sabir Rüstəmxanlı DAK həmsədrliyinə gəldikdən sonra DAK Güney və Diaspora deyil, Azərbaycan Respublikasında sıradan bir qurum kimi zəif fəaliyyət göstərməyə başladı. S. Rüstəmxanlı həmsədr kimi Almaniyanın Köln şəhərində keçrilən XI Qurultayda qurultay nümayəndələrinin etibarını itirərək səs qazanmadıqdan sonra mənim xahişimlə bir (1) səs fərqiylə həmsədr seçilə bildi.

XI qurultaydan sonra DAK – da birləşməklə bağlı danışıqlar getdi və DAK demək olar ki, birləşmə mərhələsinə gəldi. Amma Birlik Qurultayında S.Rüstəmxanlı qurultay iştirakçıları tərəfindən seçilmə şansının olmadığını hiss etdi və bu qurultayda iştirak etməkdən imtina etdi. Eyniylə, son, İstanbul qurultayında olduğu kimi tanış-biliş, qohum-əqrabasını müxtəlif nəqliyyat vasitələriylə səs vermək üçün İstanbula gətirdi. Azərbaycan dövlətindən guya ki, İstanbulda Qarabağ və soyqırım məsələləri ilə bağlı toplantı keçirəcək deyə maliyyə vəsaiti aldı.

 

Dəyərli DAK üzvləri!

Səlahiyyətlərimə dayanaraq bildirmək istəyirəm ki: DAK Avropada İsveç qanunları çərçivəsində mənim adıma dövlət qeydiyyatından keçmişdir və mən DAK- ın fəaliyyəti, gördüyü işlər və mali vəziyyəti haqqında, İsveç Krallığının Vergi Nazirliyinə, illik hesabat verirəm. Dəyərli üzvlərimiz, mən İsveç dövləti qarşısında bu təşkilatın açıq və demokratik fəaliyyət göstərməsi üçün öhdəlik götürmüşəm. Amma təəssüf hissi ilə bildirməliyəm ki, S. Rüstəmxanlı və Firidun Pərvizniya DAK adı altında göstərdikləri yalnış fəaliyyətlərinə:

 

1. DAK daxilində demokratik prinsipləri pozduqlarına və DAK üzvlərinin bir neçə yerə parçalanmasında göstərdikləri fəaliyyətlərinə,

2. DAK adına “Qurultay” keçirməklə nizamnaməni kobud bir şəkildə pozduqlarına,

3. DAK-ın məramına uyğun olmayan təşkilat və şəxslərlə iş birliyində olduqlarına,

4. Mali hesabatlarında bir çox qaranlıq məqamlar olduğuna,

5. Nizamnamədə göstərilən Həmsədrlərin iki (2) dəfədən artıq olmayaraq seçilmə hüququna malik olması bəndini pozduqlarına görə və israrlı şəkildə dörd (4) dəfə ardı-ardına həmsədr vəzifəsində qaldıqlarına,

6. İsveç Krallığında dövlət qeydiyyatından keçərkən, nizamnaməsinə uyğun olaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün və bu nizamnamədən kənar fəaliyyətindən görə

DAK adına fəaliyyət göstərən bütün tərəflərin iştirakı ilə keçriləcək qurultaya qədər DAK-ın fəaliyyətini İsveç Krallığının qanunları çərçivəsində müvəqqəti dayandırmağı qərara alıram.

Bundan sonra nə Firidun Pərvizniyanın nə Sabir Rüstəmxanlının DAK adına qərar vermək və ya hər hansı bir fəaliyyət göstərmək səlahiyyətləri yoxdur.”

İ.S. Bəyanatda adı keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button