Sabir Tarıverdiyev bu gecə dünyasını dəyişib

Azərbaycan siyasətində özünəməxsus yeri olan Milli Dövlətçilik Partiyasının başqanı, Sumqayıt maşın bazarının sahibi Sabir Tarıverdiyev bu gecə dünyasını dəyişib.

Bu barədə Strateq.az-a partiya sədrinin yaxını məlumat verib. Onun sözlərinə görə, Sabir Tarıverdiyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, uzun müddət müalicə olunsa da, səhhətində irəliləyiş olmayıb. Son 20 gün ərzində isə demək olar ki, koma vəziyyətində olub. Dünən axşam saatlarında isə vəziyyəti daha da pisləşib və səhərə yaxın saat 4 radələrində vəfat edib.

Allah rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button