Sahə müvəkkili Əvəz Zeynallıya üstüörtülü mesajlar verib – VİDEO

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağrılıb.

Ə.Zeynallı sahə müvəkkili Nadir Abbasovla görüşüb. Sahəyə yeni təyin olduğunu  və buna görə də “ağır cinayət” ittihamı ilə həbs olunanlarla görüş keçirdiyini deyən müvəkkil Ə.Zeynallıya üstüörtülü mesajlar verib. Baş redaktor facebook profilində yazdığı statusda bunları bildirib:

“4-cü polis bölməsinin sahə müvəkkili Nadir Abbasovla görüşdüm. Sakit, sadə, səsinin tonu aşağı bir polis mayorudur. Mənə elə gəldi ki, məni niyə çağırdığını unudub. Nə soruşdum, “özün bilirsən” dedi. Mənə bir daha həbsxanaya düşməməyi, bir də elə işlərlə məşğul olmamağı tövsiyə etdi. “Hansı işlərlə” dedim, “yox, elə-belə dedim” dedi. Söz adamı olduğumu, sözlə mübarizə apardığımı dedim. “Söz adamları da gedirlər” dedi. “Hara” dedim, Nəcəf Nəcəfovun, Elmar Hüseynovun adını çəkdi. “Məni təhdidmi edirsiniz?” dedim, “yox, mən sadəcə səninlə tanış oluram” dedi. Beləcə, niyə çağırıldığımı bilmədim, amma çox ciddi mesajlar aldım. Deməli, niyə çağırıldığımı, nə düşündüklərini, nə etdiyimi – hamısını özüm bilməliyəm. Ziyalı olduğumdan, heç kimə bənzəmədiyimdən, hər şeyi özümün anlamalı olduğumdan danışdı və… çıxdım.
Bunu çox ciddi mesaj və xəbərdarlıq olaraq qəbul edirəm. Hətta mərhumların adlarının çəkilməsini təsadüf hesab etmirəm. Mən hər şeyi anladım. Mesajlarımı aldım.”

Ə.Zeynallının xural.com-a verdiyi müsahibəni diqətinizə çatdırırıq:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button