Sahibkar Vüsalə Babayeva ağacları məhv edir – Nazirlikdən şok açıqlama

Bakının Suraxanı rayonunda misli görünməmiş hadisə baş verib. 
Zığ şosesi ərazisindəki yaşıllıqlar qəsdən məhv edilir

xural.com haqqın.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova verib.

Onun sözlərinə görə, naməlum şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidə əkilən 23 min ağacın dibinə kimyəvi maddə tökərək məhv etmək istəyiblər. Bundan nazirliyin əməkdaşları xəbər tutublar.
Nazirlik əməkdaşları əraziyə baxış keçirib və məlum olub ki, oradakı ağaclar kütləvi şəkildə quruyur. Müayinə zamanı ağacların dibinə kimyəvi maddələrin töküldüyü məlum olub. Nəticədə 400-dən çox ağac məhv olub, yüzlərlə ağac da kəsilib.
İradə İbrahimovanın sözlərinə görə, bu barədə dərhal hüquq-mühafizə orqanları məlumatlandırılıb: “Araşdırmalar zamanı məlum olub ki, həmin ərazidə Vüsalə Babayeva adlı sahibkar tikinti aparmaq istəyir. Onun nümayəndəsi Kamal adlı şəxs tərəfindən əraziyə daşlar da tökülüb. Bizim əməkdaşlar orada tikinti aparılmasına icazə verməyəcək”.
Nazirlik rəsmisinin sözlərinə görə, öz şəxsi mənafeləri üzündən təbiətə zərər vurmaq istəyənlər hələ də öz çirkin əməllərindən əl çəkmək niyyətində deyillər: “Bizim əməkdaşlar ağacların kəsilməsinin qarşısını almağa çalışırlar. Sahibkarın adamları isə gecə-gündüz əraziyə hücum çəkib, ağacları məhv etmək istəyir. Bizim əməkdaşlar isə əllərində bel, balta onların qarşısını almaq üçün keşik çəkirlər. Polis də çağırırıq, onlar qaçır. Polis gedən kimi yenə də ağacları məhv etməyə gəlirlər”.
Bir neçə ilə başa gələn yaşıllıq sahəsi dağıdılıb. Deyilənlərdən belə çıxır ki, həmin ərazidə ağaclara divan tutan, təbiəti məhv edənlər nə dövlət sayır, nə də qanun.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button