“Sahibkarlar Azərbaycanda böyük bir ordu təşkil edirlər”

Vahid Əhmədov

Prezident İlham Əliyev Azərbaycanda “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilsin.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov sərəncamın böyük əhəmiyyətə malik olduğunu deyib.

“Sahibkarlar Azərbaycanda böyük bir ordunu təşkil edirlər. Ona görə də sahibkarlar gününün qeyd edilməsi çox yaxşıdır. Bu kimi hallarda insanlarda müəyyən ruh yüksəkliyi yaranır”.

Deputat qeyd edib ki, sərəncamla əlaqədar olaraq 5 iqtisadi rayon üzrə bölgü aparılıb:

“Onların hamısında gələcək üçün strateji planlar nəzərdə tutulub. Planda hansı bölgə üzrə, nəyi inkişaf etdirmək, o cümlədən ayrı-ayrı sahələrə ayrılacaq vəsaitlərin məbləğləri qeyd edilib.

Bir sözlə, ölkədə iqtisadi islahatların startı verilib. Sərəncamı da həmin islahatların uğurlu davamı kimi qiymətləndirirəm”.

Modern.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button