Sahibkarlara bu il 230 mln. dollardan artıq güzəştli kreditlər verilib

images (3)05.07.2013

Bu il Azərbaycan sahibkarlarına 230 mln. dollardan artıq güzəştli kreditlər verilibAzərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Xaçmaz rayonunun Xudat şəhərində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak edib.

 Tədbir çərçivəsində SKMF tərəfindən Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan müasir çörək zavodunun, heyvandarlıq kompleksinin, kiçik və ya orta həcmli intensiv bağçılıq və müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

 İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq, Quba-Xaçmaz iqtisadi rayonunda, o cümlədən Xaçmazda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.

 Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2 150-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 183 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 7 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur

 Ş.Abdullayev onu da qeyd edib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 319 investisiya layihəsinin maliyyələşdirilməsinə 109,8 mln. manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 54 sahibkara 1 mln. manatdan çox güzəştli kredit verilib ki, bu kreditlər əsasən, turizm, heyvandarlıq, quşçuluq, arıçılıq, toxumçuluq, bağçılıq və s. sahələrinin inkişafına yönəldiləcək. Verilmiş kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button