Şahmat Federasiyamızın “uğurlu siyasəti”

sahmat1

Pulu biz xərcləyirik, səfasını başqaları çəkir

Martın 10-da Moskvada şahmat üzrə növbəti dünya çempionatı start götürüb. Gözlənildiyi kimi, nüfuzlu turnirdə Azərbaycandan fərqli olaraq, Ermənistan şahmatçısı da mübarizxə aparır – bu, Levon Aronyandır.

Aronyan turnirə əlavə yerin sahibi kimi qatılıb. Bu yer bir qayda olaraq, dünya şahmatına ciddi dəstək və töhvə verən ölkələr üçün nəzərdə tutulur. Belədə həmin yerin Azərbaycanla müqayisədə məhz Ermənistanın şahmatçısına verilməsi təəccüb doğurur. Məsələ burasındadır ki, həmin şərtlər altında məntiqlə Aronyanın yerinə azərbaycanlı şahmatçı tərcih etmək olardı. Nəinki olardı, hətta qaçılmaz idi!

Ən azı ona görə ki, təkcə son 2-3 ildə FIDE üçün kifayət qədər önəmli turnirlərə ya biz ev sahibliyi etməyi üzərimizə götürmüşük, ya da Londondan tutmuş Batumacan keçirilən bir çox beynəlxalq şahmat turnirlərini məhz Azərbaycan maliyyələşdirib.

Qəribə deyilmi: FIDE üçün pul verən, “maya” qoyan biz, dünya çempionatına göndəriləcək olan isə erməni şahmatçısı!

Bu başda Faiq Həsənov və Mahir Məmmədov olmaqla, Azərbaycan Şahmat Federasiyasının (AŞF) fiaskosudur. Hazırda sözügedən Federasiyaya de-fakto rəhbərliyi həyata keçirən bu iki şəxsin “uğurlu idarəçiliyi” nəticəsində Azərbaycan son illərdə çoxsayda beynəlxalq şahmat turnirini maliyyələşdirməsinə, bu il isə Bakıda Dünya Şahmat Olimpiadasının ev sahibliyini üzərinə götürməsinə baxmayaraq, Moskvada start götürən dünya çempionatında heç olmasa, əlavə yerin sahibi kimi təmsilçilik haqqı qazana bilmədi.

Turnirin açılış mərasimi isə Həsənov və Məmmədovu daha çox düşündürməlidir. Belə ki, mərasim AŞF-nin adıçəkilən vitse-prezidentlərinin yaxın dostu olan FİDE prezidenti Kirsan İllümjinov sayəsində işğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın “benefisinə” çevrilib. Sərkisyan İllümjinovla şahmat taxtası arxasına keçiblər və xartici KİV-lərin tqədimatına inansaq, “kifayət qədər gərgin keçən oyun” Sərkisyanın qələbəsi ilə bitib.

Bu həmin İllümjinovdur ki, Azərbaycanın neft pulları azalmayanadək Bakıdan ayağı kəsilməz, Faiq Həsənovla Mahir Məmmədovun sayəsində həftə səkkiz, mən doqquz ölkəmizə təşrif buyurar, mötəbər qonaq kimi ağırlanar və uğurlanardı. Hələ Həsənovla Məmmədovun İllümjinov barədə tərifli tostlarını demirik. Görəsən indi onun fotoqraflar qarşısında Sərkisyanla gülümsər pozalarını görən AŞF vitse-prezidentləri hansı hisslər keçirirlər?

Ən əsası, dünya şahmatına son illərdə ətək-ətək pullar xərcləyən biz olduğumuz halda, görəsən, bunun səfasını başqalarının, o cümlədən, işğalçı ölkə şahmatçılarının sürməsinə Azərbaycan Şahmat Federasiyasının başbilənləri hansı məntiqli izah verə bilərlər?!

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button