Sakinlər evlərinin sökülməsinə etiraz etdilər

xetaususysydə19.06.2013

Bu gün Xətai rayonu, Fəhlə prospekti, Turşulu küçəsinin sakinləri magistral yolu kəsərək aksiya keçiriblər.

Sözügedən küçənin təxminən yüzə yaxın sakini evlərini sökülməsinə etiraz edərək, özlərini ekskavatorların qarşısına ataraq canlı sipər çəkiblər. Çox keçməyib ki, əraziyə Xətai Rayonu Polis Şöbəsinin əməkdaşları gəlib və toplaşan kütləni dağıtmağa başlayıb. Evlərinin sökülməsinə etiraz edən sakinlərdən “Yeni Müsavat”a verilən məlumata görə, yaşadıqları evi “Ağ Şəhər” layihəsinə görə sökürlər. Hökumət evlərin hər birinin kvadratına 1000 manat kompensasiya verir. Sözügedən ərazidə yaşayanlar da elə bundan narazıdırlar.Onlar bildiriblər ki, evlərin hər birinin kvadratına 1500 manat verilməlidir. Evlərindən zorla çıxarıldıqlarını deyən sakinlər qanunsuz olaraq həyətlərinin dağıdıldıqlarını bildiriblər. Plana 150-ə yaxın ev düşüb və bu həftə ərazində onların söküləcəyi gözlənilir.

xetaisysysd

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button