Salyanda təhlükəli bəndlərin bərpasına başlanılıb – FOTOLAR

salyan

Salyan rayonunda Kür daşqınları zamanı daim təhlükəli olan bəndlərin yenidən bərpasına başlanılıb.

Strateq.az xəbər verir ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevin “Report”a verdiyi məlumata görə, 2010-cu il Kür daşqınlarından sonra Kür-Araz çayları boyunca yeni ölçülərə uyğun 900 km-ə yaxın mühafizə bəndi vurulub.

“Lakin o vaxt Salyan şəhər ərazisindən keçən mühafizə bəndlərinin 4 km hissəsində bu işləri görmək mümkün olmayıb. Fərdi yaşayış evləri, tikililər bəndin mühafizə zolağında yerləşdiyindən, bəndvurma işlərinin aparılması üçün tikinti şirkətlərinə şərait yaradılmayıb”, – deyə E.Nuriyev bildirib.

Onun sözlərinə görə, bu ilin yaz-yay daşqınlarına hazırlıq ərəfəsində təhlükəni aradan qaldırmaq məqsədi ilə həmin ərazidə yaşayan əhali arasında izahat işləri aparıldıqdan sonra bəndlərin bərpasına başlanılıb.

“Qısa müddətdə xeyli işlər görülüb. Belə ki, eni 2-3 metr olan köhnə mühafizə bəndləri enliləşdirilərək 7-8 metrə çatdırılıb. Həmin bəndin artıq 1 km-i yenidən bərpa edilərək hazırlıq vəziyyətinə gətirilib”, – deyə o qeyd edib.

Bəndbərpa işləri başa çatdıqdan sonra növbəti daşqınlar zamanı şəhər əhalisi üçün elə də ciddi təhlükə yaranmayacaq.







Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button