Samir Əsədliyə cavab

səftər rəhimliSəftər Rəhimli 

Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Azərbaycan Nümayəndəliyinin rəhbəri, DAK Qurultaya Hazırlıq Təşkilat Komitəsinin üzvü

Vallah oğru elə bağirdi ki, doğrunun bağrı yarıldı

Arxada məsələləri şəxsi müstəviyə çəkdirmək çabaları var və bu niyyəti VHP təşkilat məsələlər məsulu, DAK-ın mahiyyətindən xəbəri olmayan Samir Əsədli səviyyəsində həyata keçirmək istəyirlər. Lakin mən belə davranışlara çox təəssüf edirəm və üzülürəm. DAK Azərbaycanın ilk beynəlxalq təşkilatıdır və demokratik  təşkilatdır. Demokratik təşkilatlarda rəhbərliyə seçilənlər  bəzi yanlış fəaliyyətlərinə görə, seçənlər tərəfindən müxtəlif formalarda mənfi qərarlar alınar və cəzalana bilərlər. Əgər hamımız doğrudan da  demokratiyadan yanayıqsa, mənə elə gəlir ki, belə məsələləri faciə kimi qəbul etmək lazım deyil. Əksinə, hamı səhv edə bilər, burada böyüklük göstərib demokratiyanin bir qanunauyğunluğu kimi qəbul etmək lazımdır.

Amma bizim tərəfdən  təşkilatımızın  daha da qabağa getməsi istiqamətində çalışmalarımız davam edir, fəaliyyətimiz qurultayın qərarları və Nizamnamə çərçivəsində həyata keçirilir. Hesab edirəm ki, DAK İH və DAK NTK-nın verdiyi hər iki qərar təşkilatımızı yeni bir mərhələyə götürəcək və bu günə qədər DAK-da böyük xidmətlər göstərmiş və müəyyən səbəblərə görə təşkilatımızdan incimiş, getmiş dəyərli aydınlarımız, içtimai-siyasi xadimlərimiz, gənclərimiz, millət vəkillərimiz DAK-a dönəcək, bütün umu-küsünü bir kənara qoyacağıq və bir çətir altında Azərbaycanımızın birliyinə və inkişafına, əmin-amanlığa və sülhə, dürüstlüyə və ədalətə, gözəlliyə və xoşbəxtliyə doğru birgə addımlayacağıq. Tel:0502818370

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button