Sara Səfixan: “Zəlimxan Məmmədli sifarişlə şər-böhtan yazdırır”

 

sara gürcüstan“Zəlimxan Məmmədli boş-boş danışmaqdan bezib. İndi də “Şərq” qəzetində sifarişlə şər-böhtan, yalana söykənən məqalələr yazdırır”. Bu barədə açıqlama ilə Gürcüstan Türkləri Konfederasiyasının (GTK) İnformasiya Departamentinin rəhbəri Sara Səfixan çıxış edib. xural.com-a daxil olan informasiyada deyilir ki, 30 may 2015-ci il tarixdə “Şərq” qəzetinin saytında məqsədli şəkildə Zəlimxan Məmmədlinin sifarişi əsasında “Müxalifət məhkəməyə verildi” məqaləsində təhrifə, yalana və şər-böhtana yol verilmişdir. “Mən çox təəssüf edirəm ki, “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı belə səviyyəsiz səhvlərə yol verir. Baş redaktor saytda və ya qəzetdə gedən yazıya görə məsuliyyət daşıyır. Rəsmi şəkildə bildirirəm ki, Gürcüstan Türkləri Konfederasiyasının 1-ci vitse-prezidenti Sərdar Əliyev heç zaman Zəlimxan Məmmədlini müdafiə etməyib və bu tipli mövzu ilə “Şərq” qəzetinə hər hansı açıqlama verməyib. “Şərq” qəzetinin saytında dərc olunmuş məqalədə Gürcüstan Türkləri Konfederasiyasının 1-ci vitse-prezidenti Sərdar Əliyevin adının hansı məqsədlə istifadə edildiyi və onun guya “açıqlama verməsi”nin səbəbləri aydın olur. Yəqin ki, burada baş redaktor Akif Aşırlının hansısa marağı olmuşdur. Bu məsələ ilə bağlı sözsüz ki, məhkəməyə mürəciət ediləcək.”

Yazııda adı çəkilən şəxs və qurumların da münasibətini dərc etməyə hazırıq.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button