Sarkisyan Almaniyaya gedir

Serj Sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan 6-7 aprel tarixlərində Almaniyaya rəsmi səfər edəcək.

Report.az xəbər verir ki, bu barədə çərşənbə axşamı erməni dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sarkisyan səfər zamanı Almaniya prezidenti Yoahim Qauk, kansler Angela Merkel, Bundestaq rəhbəri Norbert Lammert, həmçinin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüş keçirəcək.

Ekspertlərin rəyinə görə, erməni dövlət başçısının səfər zamanı əsas danışıqlar mövzusu Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button