Seçicilərə “ABŞ tarixində misilsiz bir çevrilişin şahidi olacaqlar”, – vədini verdi

hillari Klinton

Sabiq Dövlət Katibi Hillari Klinton Nevada ştatında keçirilən Demokrat kokuslarında  (ilkin seçkilərdə) Vermont Senatoru Berni Sandersi 52:48 faiz nisbətində məğlub edib.

Təhlilçilərin dediyinə görə, Klintonun qələbəsi göstərir ki, onun ictimai dəstək şəbəkəsi güclü olaraq qalır və Sanders öz cazibəsini kampaniyasının özəyini təşkil edən gənclərdən başqa kateqoriyadakı seçicilərə genişləndirmək üçün daha çox səy göstərməlidir. 

Nevadadakı kampaniya qərargahından tərəfdarlarına müraciət edən Klinton bayram əhval-ruhiyyəsində idi.

“Bəziləri bizə şübhə edə bilərdi, amma biz heç vaxt bir-birimizə şübhə etmədik,”  – deyə Demokrat iddialı bildirib. 

Klinton Sandersə yarışdakı səylərinə görə təşəkkür etmiş, habelə Qərb ştatında ona dəstək vermiş otel və kasino işçilərinə, tələbələrə və ailələrə minnətdarlığını ifadə etmişdir.

Nevadada tərəfdarları qarşısında nitq söyləyən Sanders deyib:

“Biz əməkçiləri və gəncləri indiyədək görünməmiş bir şəkildə siyasi prosesə cəlb edirik.”

Yüksək əhval-ruhiyyə sərgiləyən Sanders tezliklə Cənubi Karolina ştatına yollanacağını və daha sonra Super Çərşənbədə 11 ştatda keçiriləcək yarışda rəqabət aparacağını bəyan edib.  “Momentum bizdədir,” – deyə o, əlavə edib.

O, inandığını bildirib ki, Demokratlar iyul ayında Filadelfiya şəhərində vahid namizədi seçmək üçün qurultaya toplaşan seçicilər,  “ABŞ tarixində misilsiz bir çevrilişin şahidi olacaqlar”.

Hər iki kampaniya multi-etnik Nevadaya ümummilli miqyasda elektoral rəqabətcilliyin sınağı kimi baxırdı. Ekzit pollar göstərir ki, Sanders latinoların, Klinton isə afro-amerikalıların əksəriyyətlərinin səslərini qazanıblar.

“Amerikanın səsi”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button