Seçicilər Əhliman Əmiraslanovu sevinclə qarşıladılar

1 (1) 1 (2) 1 (3) 1 (4) 1Xural.com-a daxil olan məlumata görə, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən Əhliman Əmiraslanovun  Kürdəmir rayonunun Sığırlı  kəndində seçicilərlə görüşü keçirilib.

 Görüşü YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli  açaraq bildirib ki, Kürdəmir seçiciləri hər zaman hakim partiyanın siyasətini dəstəkləyib, YAP-ın namizədlərinə etimad göstəriblər. O, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən dünya şöhrətli alim, akademik Əhliman Əmiraslanovun  rayon ictimaiyyəti tərəfindən yaxşı tanındığını qeyd edərək bu seçkilərdə də  seçicilərin YAP-ın namizədi olan Əhliman Əmiraslanova etimad göstərəcəklərinə ümidvar olduğunu bildirdi.

 Kənd sakinləri çıxışlarında dövlətin həyata keçirdiyi siyasəti həmişə dəstəklədiklərini vurğulayaraq bu sabitliyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Görüşdə iştirak edən seçicilər Əhliman Əmiraslanovun namizədliyini dəstəklədiklərini və bu seçkilərdə də ona səs verəcəklərini bildiriblər.

 Əhliman Əmiraslanov  seçicilər qarşısında çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. O, qeyd edib ki, Azərbaycan vətəndaşlarının inam və etimadı əsasında bütün seçkilərdə tarixi qələbələr qazanan Yeni Azərbaycan Partiyası  bu inkişafda ön sırada dayanır. Sonra Əhliman Əmiraslanov bu hərarətə  görə sakinlərə öz təşəkkürünü bildirib, onlarla səmimi söhbətlər aparıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button