Seçkini saxtalaşdıranlar cərimə olunacaqlar

secki

Azərbaycanda seçki kampaniyası zamanı namizəd haqqında bilərəkdən yalan məlumat yayma, seçici imzalarının toplanması qaydalarının və təbliğat-təşviqat kampaniyasının pozulması halları ilə bağlı cəzalar ağırlaşdırılır.

Milli Məclisdən verilən məlumata görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Yeni məcəllənin 166-cı maddəsində (namizəd haqqında bilərəkdən yalan məlumat yayma) göstərilir ki, “seçkinin nəticəsinə təsir göstərmək məqsədilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə 700 manatdan 1000 manata qədər cərimələr tətbiq olunacaq.

Hazırda isə bu cərimələr 20 manatdan 55 manata qədərdir.

Yeni Məcəllənin 176-cı maddəsində isə seçici imzalarının toplanma qaydalarının pozulmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər 2000 manatdan 3000 manata qədər cərimə olunacaqlar.

Bu cərimələrin hazırda qüvvədə olan variantı isə vəzifəli şəxslər 80 manatdan 90 manatadək, hüquqi şəxslər 250 manatdan 300 manatadək miqdarda cərimələrdir.

165-ci maddədə isə təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma hallarına görə 600 manatdan 800 manata qədər cərimə təsbit olunub.

Bu cərimələrin hazırkı variantı isə 35 manatdan 60 manata qədərdir.

Prezident tərəfindən təqdim olunan yeni məcəllə plenar iclasa tövsiyə olunub və növbəti iclasa müzakirəyə çıxarılacaq.

Məcəllə qəbul olunduğu təqdirdə yanvarın 1-dən qüvvəyə minəcək. apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button