Şeirlərim…

Xanım Abdullazadə

Mikayıl Müşfiq adına 34 saylı məktəbin 3-cü sinif şagirdi

Ana və bala

Anadan ayrı,

Baladan uzaq.

Necə çətindir?

Övlad acısı.

 

Övladsız ana,

Dayanan deyil.

Anasız övlad,

Sağ qalan deyil.

 

Xocalı gecəsi

 

O nə sabah idi,

O nə axşam idi,

On iki tamam idi,

Aləm zülmət idi.

 

Top-tüfəngin səsindən,

Tutulmuşdu qulağım.

Ağlayırdı bacım,

Anam, atam, qardaşım.

Ağlayırdı Vətənim.

Azərbaycan o gecə.

 

Bu dünya

Bu dünya, fani dünya,

Bu dünya, böyük dünya.

Çətinliklə dolu dünya.

Çətinliklərə dözməyib

İnsan öldürən dünya.

 

Bu dünya, fani dünya,

Bu dünya, böyük dünya.

İnsanların bəzisi pis,

Bəzisi yaxşı dünya.

 

Çingiz və Mübariz

O döyüşdü qəhrəmanca,

O döyüşdü pəhləvanca,

Həm çəkdi, həm göstərdi,

O gecə getdi Mübariz.

 

Çingiz də qoşuldu ona,

Getdilər Allah yanına.

O gecə getdi Mübariz,

O gecə getdi Çingiz.

 

İnsan və quş

Hər insanın bir Vətəni,

Hər quşun öz yuvası var.

Həm quşun, həm insanın,

Hər kəsin öz yuvası var.

 

Evsiz qalmaq olmaz,

Yuvasız qalmaq olmaz,

Vətənsiz qalmaq olmaz,

Həm quşa, həm insana.

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button