“Selfi”yə görə 60 milyon dollar cərimə və 20 il həbs

14601952541337164252_1000x669

Kaliforniyada baş verən yanğın fonunda selfi çəkən ABŞ vətəndaşı 60 milyon dollar cərimə və 20 il həbs cəzasına məhkum edilib.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Ueyn Allen Hantsmen meşə massivində yanğın törətdiyini boynuna alıb. O, lovğalanmaq üçün yanğının fonunda şelfi çəkdirərək polisin diqqətini cəlb edib. Hantsmen qaladığı iki tonqal arasında çəkdiyi videonu onu yanğın zonasından çıxarmaq istəyən sürücüyə göstərib. Sürücü isə bu hadisəni videoya çəkərək hüquq mühafizə orqanlarına verib. Bundan bir neçə gün sonra Hantsmen həbs olunub.

Xatırladaq ki, 2014-cü ildə Kaliforniyada baş verən həmin yanğın bir aya yaxın davam edib. Hadisə nəticəsində təxminən 100 min akr meşə sahəsi, 12 yaşayış evi və 100 müxtəlif tikili məhv olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button