Sement zavodunda partlayış – 3 ölü, 2 yaralı (Son dəqiqə)
Türkiyədə Ankaranın Kazan rayonunda bir sement zavodunda baş verən partlayış nəticəsində 3 işçi ölüb, 2 işçi isə ağır yaralanıb.
Avropa.info xəbər verir ki, partlayışdan sonra hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadası cəlb edilib.
Yanğınsöndürmə dəstələrinin müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaralılar Ankaradakı xəstəxanalara aparılıb.