Sevastopolda azərbaycanlıların xatirəsinə ucaldılan abidə dağılır

sevastopol05.05.2015

Sevastopolda bərpa olunan Azərbaycan döyuşçülərinin xatirəsinə ucaldılmış abidə 3 aydan sonra dağılmağa başlayıb.

Bu barədə Krımdakı Azərbaycan icmasının nümayəndələri məlumat veriblər. Onlar bunun günahını memorial kompleksin bərpası ilə məşğul podratçı şirkətin öz işinə qeyri-peşəkar yanaşmasında gördüklərini bildiriblər.

Məlum olub ki, Sapun-dağı adlı ərazidə yerləşən kompleksin mərmər plitələri uçub, sağ tərəfi isə çöküb. Mərmər plitələrdə ağ rəngdə duz izləri əmələ gəlib. Bundan başqa podratçı şirkət ekspozisiyanın yanında Azərbaycan dilində tərcümə tablosunun yer alacağı ilə bağlı vəd versə də, sözünə əməl etməyib.

“Üstəlik söz verildiyi kimi, Yaltada bu şəhərin fəxri vətəndaşı, şəhəri faşistlərdən azad etmiş Cəlil Nəcəbovun abidəsinin bərpası üzrə işlər də aparılmayıb. Biz uzun müddət “SevStroyQrup” ASC-nin rəhbərliyi ilə əlaqə qurmağa çalışdıq. Lakin mübahisəli məsələni sivil yolla həll etmək cəhdlərimiz baş tutmadı. Bu məsələnin həllinə dövlət məmurlarını da cəlb etməyə çalışdıq.

Krım Azərbaycanlıları İcması bu memorial kompleksin bərpası üçün uzun müddət çalışıb. Azərbaycan hökuməti onun bərpası üçün kifayət qədər vəsait ayırıb, Sevastopol rəhbərliyi isə abidənin qarşısında meydança salıb və onu işıqla təmin edib. Hesab edirik ki, podratçı şirkət aldığı böyük məbləğ qarşılığında memorial kompleksi yaxşı vəziyyətə gətirməlidir və Sevastopol rəhbərliyi onları buna məcbur etməlidir” – deyə məlumatda bildirilir.

apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button