Sevgililər günündə İlham və Fərizənin məzarı ziyarət olundu – FOTOLAR

30 iyun sevgililer gezintiƏvəz Zeynallı: “Fərizənin intihar etməsini düşünənlər yanılırlar – o, canını xalqı uğrunda qurban verib”

İyunun 30-da Sevgililər günü münasibətilə Şəhidlər Xiyabanında uyuyan İlham və Fərizənin məzarına yürüş edilib. Musavat.com-un tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, yüzdən artıq tədbir iştirakçısı bu günün simvolları olan hər iki şəhidin məzarına gül-çiçək dəstələri düzüblər. Yürüşdə 30 iyun Sevgililər gününün yaradıcısı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da iştirak edib.

Anım tədbiri saat 19:00-da başlayıb. Məzar önündə çıxış edən Əvəz Zeynallı iştirakçıları salamlayıb: “İştirak etdiyinizə görə, hər birinizə dərin təşəkkür edirəm. Bu gün artıq 30 iyun təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qeyd olunur. Bütün media nümayəndələrinin diqqətinə çatdırıram ki, Fərizənin ölümü adi intihar deyil. Bunu mən o vaxt da demişdim. Bir millətin namusunu qoruyaraq, canını fəda etmişdir. Heç nədən anlayışları olmayan bəzi cahil adamlar dini pərdə altında bu intiharı başqa istiqamətlərə yönəldirlər. Bunu çox rahatlıqla edirlər. Amma biz tariximizdə düşmənin əlinə keçməmək üçün canına qıyan çoxlu sayda qadınlarımızın şahidi olmuşuq. Türk millətinin tarixi qadın və kişinin birlikdə döyüşdüyü tarixdir. 2003-cü ildə mən “Fərizənin intiharı” yazısını yazmışdım. Orada geniş şəkildə göstərmişdim. İntihar ailə-məişətdə, həyatda baş verən problemlərə görə olur. Amma Fərizənin intiharı qətiyyən belə deyildi. Sadəcə o, İlhamın ölümündən sonra yaşadığı sarsıntalara görə intihar etdi. Həmin vaxt milyonlarla insan meydanda idi, azadlıq tələb edirdi. Çox qadın həyat yoldaşını itirə bilərdi. Fərizə 1990-cı ilin yanvarında bir millətin namusunu qorumaq üçün canına qıydı. O, öz canını xalqı uğrunda qurban verən bir insanın arxasınca gedərək, həyatını fəda etdi. Rus tankı üstümüzdən keçmişdi. Hamı tək qaldığını düşünürdü. Çünki kimsə bizi müdafiə etmirdi. Fərizənin intihar etməsini düşünənlər yanılırlar. O, intihar etməyib, canını xalqı uğrunda qurban verib. Bunu intihar kimi qələmə verənlərin arxasında bəzi barmaqlar hiss edirəm. Amma bu keçməz. Bu millətə İlham və Fərizə böyük bir gün hədiyyə ediblər. Hər kəs gəldi-gedərdi. Hamımız gedəcəyik. Amma İlham, Fərizə daim burada olacaqlar”.

“Hər kəs gəldi-gedərdi. Hamımız gedəcəyik. Amma İlham, Fərizə daim burada olacaqlar” 

Əvəz Zeynallı Fərizənin İlhamın sağ tərəfində yox, sol tərəfində dəfn olunmasına da aydınlıq gətirib: “İslam dinində qadın kişinin sağ tərəfində dəfn olunur. Bu, elin qaydasıdır. Amma Fərizə sol tərəfdə dəfn olunub. Onun qardaşı Vaqif buna razı olmayıb. O, bildirib ki, Fərizə sağ tərəfdə dəfn olunsa, ortada olacaq. Məsələ Şeyxə qədər uzanıb. Şeyx qazilər şurasını yığıb. Müzakirə edərək, istisna hal kimi onu İlhamın solunda dəfn ediblər”.
Ə.Zeynallı tədbir iştirakçılarını 30 iyun Sevgililər günü münasibəti ilə təbrik edib: “Fərizənin canını fəda etməsi bir millətin hadisəsidir. Belə bir nümunə yoxdur. Dünyada belə bir nümunəyə rast gəlinməyib. Bu, millətimizə gənclər tərəfindən verilən bir nümunədir. 13 il 14 fevral bu ölkədə at oynadıb. Sonra “Xural” bu məsələyə dur deyib. Fərizə min illərə dastan yazıb. Necə ki, bu Şəhidlər Xiyabanı var, İlham və Fərizə var. Neçə ki, onlar var, Sevgililər günü var. Sonda bir daha hər kəsi təbrik edirəm”.
Əvəz Zeynallının çıxışı alqışlarla qarşılanıb. Daha sonra yürüş iştirakçıları Şəhidlər Xiyabanında uyuyan digər şəhidlərimizin də məzarlarını ziyarət ediblər. Məşəlin önündə xatirə şəkli çəkdiriləndən sonra yürüş başa çatıb. Ziyarət şəhər gəzintisi ilə davam edib.
Cavanşir ABBASLI
Fotolar müəllifindir
img1846773 img1846774 img1846775 (1) img1846775 img1846776 img1846777 img1846779 img1846780 img1846781 img1846782 img1846784 img1846785 img1846786 img1846787 img1846788

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button