Sevgilisini öldürən kişi: “Qorxutmaq üçün bir zərbə vurdum, öldü”

49832
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi yaşadığı qadını öldürən Xaçmaz rayon sakini Vahid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. V.Əliyev özünü təqsirli hesab edib.
O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxs ifadəsində Yeganə Mirzəyeva ilə qonşuluqda yaşadığını, aralarında münasibətinin olduğunu deyib: “Onunla bir müddət yaşadıq. Həmin vaxt mən birinci həyat yoldaşımdan ayrılmışdım. Sonradan ikinci dəfə ailə həyatı qurdum. Bu zaman Yeganədən ayrılmaq qərarına gəlmişdim. O, məndən geri qayıtmağımı istəyirdi. Mən isə ona geri qayıtmayacağımı, ailəm olduğunu deyirdim. Mənə sms yazaraq təhqir edirdi. Hadisə günü zəng elədi, yalvardı ki, sonuncu dəfə onunla görüşüm. Getdim, məni təhqir etdi. Qulağının dibindən zərbə vurdum. Yerə yıxıldı, 5 dəqiqə ayağa qalxmasını gözlədim. Durmadı. Əyilib baxdım ki, nəbzi döyünmür, ölüb. Qorxdum, əlim-ayağım qurudu. Özümü bilmədim, maşını qoyub Qobu tərəfdə bir dərədə basdırdım. O gündən vicdan əzabı çəkirdim. Polislər gəldi, itkin düşməsi ilə bağlı mənə suallar verdilər. Etiraf etdim ki, öldürmüşəm və aparıb basdırmışam. Peşmanam, mən onu qorxutmaq üçün, bir zərbə vurdum. Bilməzdim ki, bununla ölər”.
Məhkəmə prosesi  fevralın 5-də davam edəcək.
Qeyd edək ki, keçən il avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb geri qayıtması ilə bağlı qonşular tərəfindən polisə itkin düşmə ilə bağlı ərizə daxil olub.
Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o tutulub.(lent.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button