«Sevil Massivi» cinayəti üzrə məhkəmə başlayır

sevil mtkVətəndaşlar evlərin qiymətləndirilməsi zamanı göstərilən rəqəmlərin dəyişdirildiyini bildirirlər

Bazar ertəsi “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Bu prosesdə zərərçəkmiş payçıların Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə göndərdiyi ittiham aktına etiraz edəcəyi gözlənilir. Belə ki, evlərin qiymətləndirilməsi zamanı göstərilən rəqəmlə məhkəməyə təqdim edilən rəqəm fərqlidir. Şikayətçilər bu məsələnin aydınlaşdırılmasını prokurordan və məhkəmədən tələb edəcəklər.
“Sevil Massivi”ndən zərərçəkənlərin işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əfqan Hacıyev (sədr), Fikrət Qəribov və Rasim Sadıxovdan ibarət tərkibə həvalə edilib.
Qeyd edək ki, ötən məhkəmə prosesində anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət versələr də, məhkəmə təmin etməyib.
Hakim Əfqan Hacıyev zərərçəkmişlərə öz hüquqlarının müdafiəsi üçün vəkillərə müraciət etməklərini tövsiyə edib.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin ötən il iyulun 25-də yaydığı məlumata görə, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan barələrində cinayət işi açılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button