Sevimli seyfimiz (şey(x)imiz) Allahşükür müəllimə

Mirzə Sakit

Boş qafada turp əkir Allahşükür,

Ax, əkir Allahşükür, Allahşükür!

 

Pir yuvasın, sirr yuvasın eşdirib,

Haqq kitabın pirdə yüz əlləşdirib,

Allah evin zorla özəlləşdirib,

Gah yamayır, gah sökür Allahşükür

Ax, sökür Allahşükür, Allahşükür!

 

Ağ dəvəçi, on iki şəbeh cəmlənər,

Fars otu çaynikdə bişib dəmlənər,

İşdi əgər hansı şəbeh qəmlənər,

“Çay”  tökür Allahşükür, Allahşükür

Ax, tökür Allahşükür, Allahşükür!

 

Əyri dilin pərçim edib dinməzə,

Nəynə gərək həftə şirin, gün məzə,

Yumrulanıb qarnı dönüb künbəzə,

Kef çəkir Allahşükür, Allahşükür

Ax, çəkir Allahşükür, Allahşükür!

 

Zil qara niyyət var ağ əmmamədə,

Doldurulub altına şər namə də,

Səcdə gedir Heydərü-Sərdabədə,

Diz çökür Allahşükür, Allahşükür

Ax, çökür Allahşükür, Allahşükür!

 

Haqdan işıq gəlsə soxar barmağın,

Kündə yapar türkə ərəb torpağın,

Nəşə nədir, lap əvəlik yarpağın,

Tez bükür Allahşükür, Allahşükür

Ax, bükür Allahşükür, Allahşükür!

Ax, şükür Allahşükür, Allahşükür!

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button