Sevinc Babayevanı Türkiyəyə “Gülər Əhmədova göndərib”

Azərbaycan Baş Prokurorluğu “Gülərgeyt” qalmaqalında vasitəçi kimi adı çəkilən Sevinc Babayevanın ölümü ilə bağlı açıqlama yayıb.

Məlumatda Babayevanın ölüm səbəblərilə bağlı ekspertiza və istintaq tədbirləri aparıldığı deyilir.Prokurorluq bildirir ki, Babayevanın Türkiyəyə getməsi müəyyənləşdirilib.

“Babayeva 25 sentyabr 2012-ci il tarixdə internet saytlarında məlum videogörüntülər yayımlandıqdan sonra Gülər Əhmədovanın təklifi ilə ertəsi gün saat 05:57-də Beynəlxalq Hava Limanından Bakı-İstanbul reysi ilə öz ümumvətəndaş pasportu ilə ölkədən çıxmış və həmin tarixdə saat 08:37-də İstanbul Hava limanında qeydiyyatdan keçmişdir”.

Babayeva İstanbulda oktyabrın 10-a qədər Əhmədovanın tanışı Türkiyə Respublikası vətəndaşı Səlcuk Ağlayanın vasitəsilə “Bəynova” otelində yaşayıb.

Daha sonra isə, o, İstanbulun Esenyurt Atatürk caddesindəki “Ay işığı” yaşayış kompleksində Ağlayanın adına müqavilə ilə kirayə mənzildə tək yaşayıb.

Babayeva özünü “Meryem Solmaz” adı ilə təqdim edərək, Ağlayanın mobil telefonu ilə ailə üzvləri və Əhmədova ilə əlaqə saxlayıb və Skype-la danışıb.

“Həmin vaxt o, ürək ağrılarından şikayətlənərək müxtəlif dərman preparatları qəbul etmişdir. Noyabrın 16-da “Meryem Solmaz Muhammed” adı ilə “Cərrahpaşa Tibb fakültəsi” xəstəxanasının kardioloji poliklinikasına müraciət edərək müayinə olunmuş və müalicə pulunun yüksək olması səbəbindən müayinə və müalicəsini davam etdirə bilməmişdir”, prokurorluq deyir.

KlikləyinDekabrın 26-da Babayeva səhhətinin pisləşməsi səbəbilə təcili tibbi yardımla Esenyurt dövlət xəstəxanasına aparılıb və o, xəstəxanada Ağlayanın sözlərinə əsasən, “Meryem Solmaz” adı ilə qeydiyyatdan keçib.

Xəstəxanada Babayevaya “ürək çatışmazlığı” diaqnozu qoyulsa da, keyfiyyətli müayinə üçün Mediacana İnternational İstanbul Hospitalının reanimasiya şöbəsinə göndərilib.

“..intensiv müalicə tədbirlərinin aparılmasına baxmayaraq onun qeyd edilən tarixdə saat 19:15-də orada vəfat etməsi göstərilmişdir”.

Baş Prokurorluq Babayevanın mənzilindən şəxsi əşyalarını, on adda müxtəlif dərman preparatlarını tədqiqatlar üçün nümunə kimi götürüb.

Hazırda prokurorluq “Babayevanın ölkədən çıxmasında və Türkiyədə gizlənməsində Əhmədova və onun ailə üzvlərinin nə kimi iştirakının olması və digər xüsusatların araşdırılması istiqamətində zəruri istintaq tədbirlərinin davam etdirildiyini” deyir.

Babayeva barəsində keçmiş Azərbaycan Universitetinin rektoru Elşad Abdullayevin yaydığı Klikləyinvideolardansonra dələduzluq maddəsi ilə cinayət işi açılıb və o, İnterpola verilib.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130111_sevinc_babayeva.shtml

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button