Sevinc Vaqifqızı ifadə verdi

get_img

Suallar həm də Meydan TV ilə bağlı olub

Sentyabrın 1-də jurnalist Sevinc Vaqifqızı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Jurnalisti müstəntiq Ramiz Allahverdiyev dindirib.

Bu barədə Meydan TV-yə danışan S.Vaqifqızı bildirib ki, ona verilən suallar avqustun 25-də Mingəçevir şəhərində baş vermiş hadisələrlə bağlı olsa da, sonradan sualların məcrası dəyişib: “Əvvəl sual etdilər ki, Mingəçevirə nəı vaxt getmisən, həmin kadrları kim yayımlayıb, guya bunlar istintaq sirri sayılır. Mən cavab verdim ki, artıq şəhərə daxil olanda hadisələr sakitləşmişdi. Bundan sonra suallar Meydan tv haqqında oldu, rəhbərlik kimdir, qeydiyyat varmı, ümumiyyətlə, ordakəı fəaliyyətim nə ilə bağlıdır, deyə sual edirdilər. Belə olanda suallara cavabı dayandırdım və “siz məni Mingəçevir, yoxsa Meydan TV ilə bağlı” sualını verdim. Və mən imtina etdim və dedim: “mənə ifadə verəcəyimi bugün demisiniz və həmkarım Xədicə İsmayılın məhkəməsinə getməliyəm, başqa planlarım var”. Bu zaman Sənan Paşayevi çağırdılar ki, ifadəsini bitirmir, o da bunun mümkünsüz olduğunu deyib davam etdirilməsini istədi. Hətta məni Xədicə İsmayılla görüşdürəcəyini də dedi, cavab verdim ki, bilirəm necə görüşdürəcəksiniz. Bildirdi ki, yox, məktub verəcək, yalnız o şəkildə”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button