Seymur Həzinin apellyasiya şikayətinə baxılıb

Seymur Həziİyulun 28-də Sumqayıt Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin şərhçisi, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin apellyasiya şikayətinin baxışına başlanıb.

xural.com-un contact.az-a istinadən verdiyi xəbərə görə, S.Həzi birinci insansiya məhkəməsinin hökmündən şikayət verib.

Seymur Həzi 2015-ci il yanvarın 29-da Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il, Məhərrəm Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, jurnalist 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla aralarında yaranmış mübahisə zəminində həbs edilib. Abşeron rayon Polis Şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Adil İsmayılov bildirib ki, məhkəmə qarşısında jurnalistin dəmir qəfəsdən çıxarılaraq vəkillərinin yanında oturdulması və prosesin qismən məhkəmə istintaqı ilə aparılması barədə vəsatət qaldırıb.

Məhkəmə Seymur Həzinin dəmir qəfəsdən çıxarılıması barədə vəsatəti təmin edib. Prosesin qismən məhkəmə istintaqı ilə apaılması barədə vəsatətin isə hələ bir hissəsi təmin edilib. Belə ki, hakim digər məhkum edilmiş şəxs olan Məhərrəm Həsənovun da prosesə dəvət edilməsi barədə qərar qəbul edib və vəsatətin digər hissəsinə prosesin gedişində baxılacağını bildirib.

Seymur Həzi həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib. O, “Azərbaycan saatı” televiziya proqramında fəaliyyətini qeyd edib.

Həzi hesab edir ki, ona və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin qohumlarına qarşı təzyiq bu proqramdakı tənqidi fikirlərlə bağlıdır.

“İlham Əliyev tənqidi fikrə dözə bilmir, onu tənqid edənlərə qarşı amansız mübarizə aparır. Əvvəlcə məni, sonra Qənimət Zahidin qohumlarını həbs ediblər. Hətta Qənimət bəyin 87 yaşlı anasına hücum ediblər. Bütün bunlar əxlaqi-mənəvi sərhədləri aşmış bir mübarizə formasıdır. Açığını deyim ki, məhkəmədən də heç bir ədalət gözləmirəm”, deyə o qeyd edib.

Məhkəmə prosesi sentyabrın 22-dək təxirə salınıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button