Silahlı Qüvvələrimizin bu il rəsmi olaraq 51 əsgərin öldüyü, 63 yaralının olduğu haqda məlumat verib

azerbaycan-ordusunun-iki-esgeri-sehid-oldu01.07.2013

Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 51 nəfər təşkil edib.

Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli Modern.az-a deyib ki, ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i döyüş (8 nəfər erməni gülləsi), 43-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur). 6 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 9 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 5 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib. Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyinin, 2-i Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-I XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (63 nəfər) C.Sümərinli bildirib ki, onların 11-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 32-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 40 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button