Şimali irlanD modelin Dağliq Qarabağda da sinaqdan çixarila bilər

09.02.2012

İlk dəfə ATƏT-ə sədrlik edən İrlandiya təşkilatın cəlb olunduğu “donmuş münaqişələrin” həllində “Şimali İrland” modelinin sınaqdan çıxarılmasını təklif edir.

Bunu Vaşinqtonda səfərdə olan ATƏT sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eamon Gilmore bəyan edib. Fevralın 9-da ABŞ Konqresinin Helsnki Komissiyasında çıxış edən ATƏT sədri deyib: “Şimali İrlandiyada Britaniya və İrlandiya hökumətlərinin beynəlxalq dəstək, xüsusilə də ABŞ-ın dəstəyi altında dialoq aparmaq səyləri və güzəştlərə getmək cəsarəti sonradan uzunmüddətli sülh ilə yekunlaşdı. Münaqişələr fərqli olsa da, mən inanıram ki, bu təcrübəni bölüşmək ATƏT ərazisində konfliktlərin həllinə yardımçı olardı”

TURAN-ın müxbiri ilə söhbətində ATƏT sədri sözügedən modelin Dağlıq Qarabağda da sınaqdan çıxarılmasının mümkünlüyünə işarə edib.

“Mən Şimali İrlandiya təcrübəsinin araşdırılması üçün Aprelin 27-də Dublində konfrans çağıracağam və bu tədbirə mənimlə yanaşı İrlandiya rəsmiləri və Senator George Mitchell də qatılacaqlar”, deyə o bildirıb.

Sədr həmçinin Qarabağ probleminin həlli işində ABŞ və digər müttəfiqlərlə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb. Konkret olaraq, o, özünün region üzrə xüsusi nümayəndə nominasiya etdiyini xatırladıb.

Münaqişələrlə yanaşı, insan haqları, furdamental azadlıqlar – internet sərbəst toplaşma, həmçinin dini və etnik hüquqların qorunması ATƏT-in bu il üçün fəaliyyət prioriterləri sırasındadır.

İrlandiya həmçinin seçkilər və seçki qanunvericiliklərinin ATƏT standartlarına uyğunlaşdırılması üçün üzv ölkələrə təsir göstərəcək. Sədr Gilmore Vaşinqton rəsmilərini və konqressmenləri ATƏT-in öz ərazisində problemlərin həlli üçün hələ də unikal mexanizm olduğuna inandırmağa çalışıb.

Fevralın 8-də Dövlət Departamentində görüşlər keçiridkdən sonra, o, BMT Təhlükəsizlik Şurası üzvlərinə müraciət etmək üçün Nyu Yorka yola düşüb.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button