Şimali Koreya, yoxsa Azərbaycan yaxşıdır?

rahib haciyev
Bu yaxınlarda Şimali Koreyada “Günəşin şüaları altında” filminin rejissoru Vitali Manskinin bu ölkə haqqında xatirələrini oxudum.
Amma bu yazını oxuyandan sonra heç də təəccüblənmədim, təəccüblənəsi bir şey görmədim.
Mediada kaloniya sistemi ilə idarə edilən ölkə kimi təqdim edilən Şimali Koreyaya valeh oldum. Düzdür, bu ölkədə azadlıq məhfumundan əsər əlamət olmasa da, ən azından xalqın sarsılmaz birliyini gördüm. Şimali Koreya lideri Kim Çen İn ölkəsində ayrı-seçkiliyə yol vermir, onun rəhbərlik etdiyi ölkədə məmur oliqarxlar yoxdur, qollarında yüz minlərlə dollar dəyəri olan saat taxan nazir yoxdur, dondan-dona girən müxalifət partiyaları yoxdur. Xalqın və məmurların bir amalı, məqsədi var və o amal uğrunda çalışırlar.
Rus rejissoru bu ölkədə gördüklərini dəhşət və qorxulu bir yuxu adlandırsa da, mən sadəcə olaraq sözün əsl mənasında o ölkədə olan birlik-bərabərlikdən təəccüblənib bir az da oradakı idarəçiliyə paxıllıq etməyə başladım. O insanların birliyini öz ölkəmizdə görmək istərdim. Düzdür, bu birlik hədə-qorxu altında olsa da , məsələn, orada bizim ölkədən fərqli olaraq işsiz vətəndaş tapmaq olmaz. Hətta oradakı məmurlar bizim oliqarx məmurlarımızdan fəqrli olaraq hamısı eyni geyim formasında olurlar. Sadalanılası və müqaisə ediləsi böyük fərqlər olduğundan, Şimali Koreyada olan idarəçiliyə paxıllığım gəlir.
Azərbaycanımızın nəyi Şimali Koreyadan əksikdir!! Baxın! Azərbaycanda məmurlarımız xalqa xidmək etməkdən başqa bütün işlərlə məşğul olurlar. Amma Şimali Koreyada məmurlar xalqla çiyin-çiyinə ölkələri və əqidələri üçün çalışırlar. Bizdə hakimiyyətə qarşı müxalifətçilik edəni cinayət maddəsinin müxtəlif maddələri ilə şərləyib tutur və adamın ömrünü-gününü zindanlarda çürüdürlər. Amma Şimali Koreyada hakimiyyəti tənqid edəni top mərmisi ilə bir anlığına əzabsız- əziyyətsiz yox edirlər. Əgər bizdə analoqu olmayan güclü inkişaf varsa və sərvətlərimizdən gələn gəlirlərlə Azərbaycan xalqından başqa hamı bəhrələnirsə, Şimali Koreyada isə əksinə, nə varsa xalqa məxsusdur. Azərbaycanımızla Şimali Koreya arasında yeganə oxşarlıq var, o da başəymə mərasimidir.
Şərdən-böhtandan qorxub bu mərasimin çox dərinliyinə getmək istəməzdim, yoxsa yenidən məni Paola Escobar edərlər. Bir də yaddan çıxmışdı, onu da deyim ki, bizdə bircə üstünlük var. Azından ölkəmizdə Azadlıq prospekti və kağız üzərində də olsa “azad fikir ifadə etmə “ hüququ var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button