Şirin Cəfərinin məhkəməsi təxirə salındı

şirin cəfəri

Artıq geniş ictimaiyyətə bəllidir ki, “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri ilə bağlı xeyli müddətdir ki, Yasamal rayon Məhkəməsində məhkəmə prosesi keçirilir. Onun xural.com-a-a verdiyi məlumatlara görə, vəziyyət olduqca kritik mərhələyə daxil olur. Şirin Cəfəri “proses artıq özünün arzuolunmaz sonluğuna doğru yaxınlaşmaqdadır. Çünki Vergilər Nazirliyinin barəmdə çıxardığı 71428 manat cərimə qərarı, olduqca qərəzli və heç bir əsasa söykənməyən qərar olduğundan, uzun müddətdir ki, çıxılmaz duruma salınmışam” deyir.

Yasamal rayon Məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində şahid qismində ifadə verməli olan icra şöbəsinin rəisi Zaur müəllim məhkəməyə gələ bilmədiyindən, proses növbəti dəfə təxirə salındı. Yəni növbəti məhkəmə prosesinin 03 fevral 2016-cı il tarixdə, saat 09:40-da keçirilməsi elan olundu.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button